19-cu İrəli Artroplastika kursu keçiriləcək 

26–27 sentyabr 2025-ci il tarixində Marriott Bulvar Otelində Azərbaycan Tibb Universitetinin Travmatologiya və Ortopediya kafedrası və Qalça-Diz Artroplastika Assosiasiyasının birgə təşkilatçılığı ilə 19-cu İrəli Artroplastika kursu keçiriləcək.

Qeyd edək ki, bu kurs, bir il əvvəl uğurla həyata keçirilmiş Təməl Artroplastika kursunun (DDT 18) davamı olaraq nəzərdə tutulmuşdur. Tədbirdə Türkiyədən dəvət olunmuş təcrübəli müəllim heyəti iştirak edəcək və kurs proqramı həm teorik dərsləri, həm də maket sümüklər üzərində praktiki məşğələləri əhatə edəcək.

Kursun proqramında 1-ci gün “Bud–çanaq oynağı üzrə irəli səviyyə artroplastika”, 2-ci gün “Diz oynağı üzrə irəli səviyyə artroplastika” mövzuları nəzərdə tutulmuşdur.

Kursda həm Azərbaycandan, həm də Türkiyədən kursiyerlərin iştirakı nəzərdə tutulur. Yerlər məhdud saydadır.

📌Qeydiyyat yalnız online formada həyata keçiriləcək. Qeydiyyat üçün link: https://etkinlik.citius.technology/ileribaku2025

Son qeydiyyat tarixi 20 sentyabr 2025.

Kursa marağı olan bütün həkimlərin, xüsusilə gənc həkimlərin gecikmədən qeydiyyatdan keçməsi tövsiyə olunur.