Tibb və sağlamlıq elmləri təhsili kafedrası yay tətili zamanı fəaliyyətini davam etdirərək yeni metodik vəsaitləri ərsəyə gətirib: "Çoxseçimli testlərin hazırlanması, dizaynı və analizi", "Pedaqoji peşəkarlığın inkişafı təliminin təşkili haqqında metodik tövsiyyə", "Методические рекомендации по эффективной обратной связи в медицине" (Tibbdə effektiv rəyin verilməsi üçün metodik tövsiyələr).
Bu vəsaitlər qiymətləndirmə-dəyərləndirmə proseslərinin daha səmərəli, məqsədyönlü və elmi əsaslı aparılmasına mühüm töhfə verəcəklər. Kafedranın məqsədi tələbələrin və professor-müəllim heyətinin akademik fəaliyyətini dəstəkləmək, tədrisin keyfiyyətini artırmaq və elmi inkişafı təşviq etməkdən ibarətdir.