ATU XI Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir

Azərbaycan Tibb Universiteti (ATU) də sərgidə təmsil olunur. ATU-nun Əsaslı Kitabxanasının direktoru Ziyafət Eminova, direktor müavini Gülbehişt Orucova, əməkdaşlar Kəmalə Abdiyeva və Möbübət Rüstəmova sərgidə iştirak edirlər.

ATU-nun Əsaslı Kitabxanası sərgidə öz zəngin fondunun bir qismini təqdim edib. Burada Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablarla yanaşı, tibbin bütün sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, tibbi jurnallar və digər nəşrlər nümayiş olunur.

Qeyd edək ki, builki sərgidə 23 ölkədən 68 xarici təşkilat (Türkiyə, İtaliya, ABŞ, Argentina, İngiltərə, Litva, Qətər, İndoneziya, İspaniya, Çin, Cənubi Koreya və s.), eləcə də 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti müəssisəsi iştirak edir. İspaniya, Küveyt və İndoneziya ilk dəfə olaraq Bakı sərgisinə qatılıb.

Sərgi çərçivəsində təqdimat zonalarında, stendlərdə və konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur.