Bizi izləyin:
Heydər Əliyev
II Müalicə Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvlərinin nəzərinə!

II Müalicə Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvlərinin nəzərinə!

II Müalicə Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədrinin öz fəaliyyət müddətini başa vurması ilə əlaqədər yeni sədrin seçkilərinə namizədlərin qəbuluna başlanılmışdır.

1. I və Vl kurs istisna

2. ÜOMG 81-100 bal

3. Ən azı 1 elmi işi ilə diplom qazanan ( yer tutan və ya nominasiya alan)

4. Ən azı 1 il elmi cəmiyyətin üzvü olan

5. İdarəçilik bacarığı olan və fakültənin ictimai həyatında aktiv iştirak edən

Tələblərə uyğun namizədlər 06.10.2025 saat 14⁰⁰-a qədər namizədlikləri barədə müraciətlərini (ad, soyad, qrup, kurs, əlaqə nömrəsi, e-mail, elmi tədqiqatı ilə aldığı diplomun pdf-i, özləri haqında mətn - Microsoft Word proqramında times news roman 12 şrift ilə maksimum 1 səhifə) [email protected] elektron ünvanına göndərsinlər.

Qeyd 1: Beynəlxalq konfransların hər hansı birində iştirak etmiş, dil bilikləri olan və təşkilatçılıq bacarıqlarına sahib tələbələrə üstünlük veriləcək.

 

Qeyd 2: Seçki zamanı hər bir namizəd öz platforması ilə çıxış edəcək.

 

Seçki Fakültə TEC-in İdarə Heyəti tərəfindən qapalı səsvermə yolu ilə aparılacaq.

 

Hörmətlə, II MPF TEC İdarə Heyəti..

Paylaş

Dostlarınız ilə paylaşın.