Azərbaycan Tibb Universitetinin tələbəsi Rəsul Rzayev “Müasir Azərbaycan Gənci (MAG)” verilişinin qonağı olub
Verilişin bu buraxılışında intellektual hərəkatının bugünkü vəziyyəti müzakirə olunub. Həmsöhbət zamanı Rəsul Rzayev öz uğurlarından, həmçinin gələcək hədəflərindən söz açıb.
Qeyd edək ki, Rəsul Rzayev 222A11a qrupunun tələbəsidir. O, kapitanı olduğu “Old School” komandası ilə birlikdə Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun aktiv üzvüdür.
Rəsul və komandası ölkə miqyaslı və universitetlərarası yarışlarda Azərbaycan Tibb Universitetini uğurla təmsil edirlər. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!