Yeni tədris ilinə hazırlıq məqsədilə Azərbaycan Tibb Universitetinin rəhbərliyi universitetin tələbə yataqxanalarında baxış keçirib
Yoxlamada universitetinTədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov, Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov, Təsərrüfat işləri üzrə prorektor İlqar Mehrabov və təsərrüfat şöbəsinin nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.
Baxış zamanı yataqxanalarda aparılmış təmir işlərinin keyfiyyəti, sanitar-gigiyenik vəziyyət, tələbələrin yaşayış şəraiti, təhlükəsizlik sistemləri və ümumi infrastrukturun hazır vəziyyəti qiymətləndirilib.
Yoxlama nəticəsində müəyyən çatışmazlıqların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bildirilib ki, tədris ili başlanana qədər bütün yataqxanalarda nəzərdə tutulan işlər tam yekunlaşdırılacaq.
Qeyd edək ki, tələbələrimizin akademik uğurlarının bünövrəsi onların sağlam və komfortlu yaşayış şəraitində təmin edilməsi universitet rəhbərliyi üçün öndə duran məslələrdəndir. Universitet rəhbərliyi tələbələrin sosial rifahına və yaşayış şəraitinə daim xüsusi diqqət yetirərək, onların ehtiyac və təkliflərini nəzərə alır.