ATU-nun İctimai Səhiyyə fakültəsinin məzunları “Atəşgah” sığorta şirkətində peşəkar karyeralarına başladılar

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin məzunları əmək bazarında uğurla yer almağa davam edirlər

 Bu uğurların növbəti nümunəsi kimi, universitetin iki məzununun — Əliyeva Məsumə-Banu və Feyzullayeva Fatma — ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” sığorta şirkətində Həkim-koordinator vəzifəsinə təyin olunması göstərilə bilər.

“Atəşgah” sığorta şirkətində Həkim-koordinator vəzifəsi, tibbi xidmətlərin təşkili, müştəri ilə effektiv əlaqə və tibbi sənədlərin idarə olunması kimi vacib funksiyaları əhatə edir. Bu vəzifəyə ATU məzunlarının təyin olunması universitetdə verilən təhsilin yüksək keyfiyyətini, müasir tələblərə uyğun kadr hazırlığını və məzunların peşəkar kompetensiyalarını bir daha təsdiqləyir.

Bu təyinatlar həmçinin ATU-nun səhiyyə sahəsində yüksək ixtisaslı və əmək bazarına hazır kadrların hazırlanması istiqamətində apardığı məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir. Bu uğurlu təyinatların gerçəkləşməsində ATU-nun Məzunlarla iş şöbəsinin məzunlar və işəgötürənlər arasında körpü rolu oynaması mühüm rol oynayıb. Şöbə tərəfindən aparılan məqsədyönlü kommunikasiya və koordinasiya nəticəsində məzunların ixtisaslarına uyğun peşəkar imkanlarla təmin olunması mümkün olub.

Görüşdə ATU-nun Məzunlarla iş şöbəsinin müdiri Şəfəq Cəbrayılova, İstimai səhiyyə fakültəsinin dekan müavini Nailə Məmmədova, “Atəşgah” sığorta şirkətinin HR komandası və Tibbi yardımın təşkili şöbəsinin əməkdaşları Nigar Əlizadə, Gülnar Kərimova, Nəzrin İsmayılova və Vüqar Hüseynli iştirak edirdilər.