ATU-nun kardioloqu American College of Cardiology-nin üzvü seçilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının kardioloqu, t.e.d., Yasmin Rüstəmova nüfuzlu American College of Cardiology (ACC) təşkilatının üzvü, Fellow (FACC) statusuna layiq görülüb.

Bu nüfuzlu titul beynəlxalq səviyyədə peşəkarlığın, liderliyin və kardiologiya sahəsinə verilən elmi-tibbi töhfələrin tanınması kimi qiymətləndirilir.

Yasmin Rüstəmova bu uğurla bağlı təəssüratlarını bölüşərək bildirib: “Bu titul mənim üçün sadəcə uğur deyil — bu, ürəyə, elmə və insanlara sevgi ilə gedilən bir yolun simvoludur. Mənə dəstək olan bütün həmkarlarıma, müəllimlərimə və dostlarıma dərin təşəkkür edirəm”.

ATU-nun kardioloqu gənc həkimlərə də müraciət edərək böyük arzular qurmağı, öyrənməyi dayandırmamağı və işlərinə inanmağı tövsiyə edib.