Müstəqilliyin Bərpası Günü münasibətilə Hərbi Tibb Fakültəsində iməcilik keçirildi

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Hərbi Tibb Fakültəsində iməcilik keçirildi

Hərbi Tibb Fakültəsinin şəxsi heyəti “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə ərazidə iməcilik təşkil edib. Tədbirin əsas məqsədi Vətənə olan sevgi və hörməti əməli işlərlə ifadə etmək, həmçinin ətraf mühitin təmizliyinə və abadlaşdırılmasına töhfə vermək idi.

İməcilik zamanı ərazinin yaşıllaşdırılması, tullantıların yığışdırılması və abadlıq işləri həyata keçirilib. Fakültə əməkdaşları böyük həvəslə iştirak edərək həmrəyliyin, vətənpərvərliyin və vətəndaş məsuliyyətinin parlaq nümunəsini göstəriblər.

Belə tədbirlər ordumuzun birliyini möhkəmləndirir, gənc nəslə vətən sevgisini və ictimai fəallığı aşılamaq baxımından böyük əhəmiyyət kəsb edir.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan Ordusu!