Azərbaycan Tibb Universitetində həkim-rezidentlər üçün 24 noyabr 2025-ci il tarixində test və 27 noyabr 2025-ci il tarixində praktiki komponent mərhələləri üzrə Yekun Attestasiya keçiriləcəkdir
Təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcimdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya iki mərhələdə (yazılı test və praktiki komponent üzrə) həyata keçirilir. Birinci mərhələdə rezident 3 (üç) saat ərzində 50 test sualına cavab verir. Test suallarına hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar.
İkinçi mərhələdə rezident tərəfindən 5 (beş) müxtəlif klinik hall araşdırılır. Klinik halların hər bir meyarı ali tibb təhsili müəssisələrində təyin edilən 10 (on) bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 (otuz) və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.
Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezident həmin mərhələ üzrə növbəti ildə yekun attestasiyadan keçməlidir.
Qeyd: Şəxsi şifrəni unudan və ya itirən rezidentlərdən xahiş olunur ki, imtahan başlamazdan ən az 30 dəqiqə öncə İmtahan Mərkəzinə müraciət etsinlər.
Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq!
Yekun attestasiyada üzürsüz səbəbdən iştirak etməyən həkim-rezidentlər növbəti ildə yekun attestasiyaya buraxılmayacaqlar!
Rezidentura və magistratura
şöbəsinin müdiri dosent İlhamə Mustafayeva