ATU-nun tələbələri IAC 2025 – Beynəlxalq Astronavtika Konqresində ölkəmizi və universitetimizi uğurla təmsil ediblər. Avstraliyanın Sidney şəhərində keçirilən, 80-dən çox ölkədən 6000-dən artıq iştirakçının bir araya gəldiyi konqresdə II Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Leyla Ağayevanın “Fonturacetam: a new analog of sydnocarb” mövzusunda çıxışı maraqla qarşılanıb.
Həmçinin Əczaçılıq fakültəsinin məzunu Nəzrin Cabbarlı “Nutritional Challenges and Innovations for Long-Duration Space Missions” və “Pharmaceutical Innovations in Space: Addressing Health Disorders and Radiation Effects on Astronauts” mövzularında çıxış edərək universitetimizin elmi potensialını nümayiş etdirib.
Onların bu uğuru ATU-nun beynəlxalq elmi arenada artan nüfuzunun göstəricisidir və bütün ATU ailəsi üçün böyük qürur mənbəyidir.