📢 ÖNƏMLİ MƏLUMAT!
Hörmətli həmkarlar!
30 oktyabr tarixində Azərbaycan Tibb Universitetində akademik Mustafa Topçubaşovun 130 illik yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcəkdir.
📍 Məkan: ATU-nun 5 saylı Tədris binasının akt zalı
📅 Tarix: 30 oktyabr
🎓 Konfransda sertifikat və kredit balı əldə etmək üçün aşağıdakı qaydalara diqqət yetirin:
Konfrans başlamazdan əvvəl şəxsiyyət vəsiqənizlə qeydiyyat masasında qeydiyyatdan keçin, sonra zala daxil olun.
Konfrans bitdikdən sonra qeydiyyat masasında məlumatlarınızı təsdiqləyərək sertifikatınızı ala bilərsiniz.
Sertifikat yalnız şəxsi iştirakçıya təqdim olunur — başqa bir həkimin adından verilməyəcəkdir.
Tədbir bitmədən sertifikat verilməyəcəkdir.
Qeydiyyatdan keçməyən və tədbir sonunda sertifikatını almayan iştirakçılara kredit balı verilməyəcəkdir.
📌 Xahiş edirik, göstərilən qaydalara ciddi riayət edəsiniz.