ATU-nun tələbələrinin nəzərinə!

Hacettepe Universitetinin Təqaüd Proqramı və 2025-2026-ci tədris ilinin yaz semestri üçün Mübadilə proqramına ELAN:

Hacettepe Universiteti Mübadilə proqramı çərçivəsində 2025-2026-ci tədris ilinin yaz semestri üçün tələbə qəbulu elan edir. 

Qeydiyyat üçün tələb olunan sənədlər:

Dekan tərəfindən tələbənin proqramda iştirakını tövsiyyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır)

Transkript 

Şəxsiyyət vəsiqəsi və ya pasportun surəti

Türk dili bölmələrində təhsil almaq istəyən tələbələrdən Türk dilində B1 sertifikat tələb olunur.

İngilis dili bölmələrində təhsil almaq istəyən tələbələrdən isə İngilis dilində B1 sertifikat tələb olunur.

Qeydiyyat şərtləri:

Müraciət edəcək tələbələr tədris almaq istədikləri fakültənin tədris proqramı ilə öncədən tanış olaraq, fənn və kredit uyğunluğunu müəyyən etməlidirlər.

Türkiyə vətəndaşları proqrama müraciət edə bilməzlər.

Nəqliyyat, yataqxana və qidalanma ilə bağlı xərclər iştirakçı (tələbə) tərəfindən ödənilir

Təhsil ödənişsizdir.

Sənədlər 20.11.2025-ci il tarixinədək mövzu (title) yerində “Hacettepe University student exchange program” yazaraq, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin email ünvanına göndərilməlidir: [email protected]

 

Bütün sənədlərin pdf formatında tək faylda göndərilməsi xahiş olunur.

Göstərilən müddətdən gec təqdim olunmuş sənədlər qəbul edilməyəcəkdir!

 

Hörmətlə,

ATU-nun Beynəlxalq əlaqələr şöbəsi