.jpg)
Ankara Universitetinin Mübadilə proqramı çərçivəsində 2025-2026-ci tədris ilinin yaz semestri üçün tələbə qəbulu elan edir
Qeydiyyat üçün tələb olunan sənədlər:
• Bakalavrlar üçün dekan tərəfindən və magistrlar üçün rezidentura və magistratura şöbəsinin müdiri tələbənin proqramda iştirakını tövsiyyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır)
• Transkript (ingilis dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə)
• pasportun rəngli surəti
• biometrik fotoşəkil
• Türk dili bölmələrində təhsil almaq istəyən tələbələrdən Türk dilində B1 sertifikat tələb olunur.
• İngilis dili bölmələrində təhsil almaq istəyən tələbələrdən isə İngilis dilində B1 sertifikat tələb olunur.
Qeydiyyat şərtləri:
Müraciət edəcək tələbələr tədris almaq istədikləri fakültənin tədris proqramı ilə öncədən tanış olaraq, fənn və kredit uyğunluğunu müəyyən etməlidirlər.
Bakalavrlar üçün: https://bbs.ankara.edu.tr/Bolumler.aspx?pno=2
Magistrlar üçün: https://bbs.ankara.edu.tr/Bolumler.aspx?pno=6
Türkiyə vətəndaşları proqrama müraciət edə bilməzlər.
Tələbə yataqxana ilə təmin olunur. Nəqliyyat və qidalanma ilə bağlı xərclər iştirakçı (tələbə) tərəfindən ödənilir
Təhsil ödənişsizdir.
Sənədlər 13.11.2025-ci il tarixinədək mövzu (title) yerində “Ankara University student exchange program” yazaraq, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin email ünvanına göndərilməlidir: [email protected]
Bütün sənədlərin pdf formatında tək faylda göndərilməsi xahiş olunur.
Göstərilən müddətdən gec təqdim olunmuş sənədlər qəbul edilməyəcəkdir!
Hörmətlə,
ATU-nun Beynəlxalq əlaqələr şöbəsi