Oktyabrın 19-da ATU-nun Tədris Terapevtik Klinikasının Pulmonologiya şöbəsinin pulmonoloq-konsultantı, tibb elmləri doktoru, professor Əlizamin Sadıqov Amerika Döş Qəfəsi Həkimlərinin Kollegiyasının (CHEST) Amerikada təşkil etdiyi beynəlxalq konqresdə iştirak edib.
Professor dörd gün davam edən konqresdə altı sessiyaya moderatorluq, iki sessiyada isə çıxış edib.
Təqdimatlardan biri “İnterstitial ağciyər xəstəliyi ilə kombinasiya olunmuş xronik obstruktiv ağciyər xəstəliyi: fibroz-dominant və iltihab-dominant ILD-nin klinik nəticələrə təsiri”, o birisi isə “Yaşlı xəstələrdə hospitaldankənar pnevmoniyaların respirator-viral koinfeksiya patternləri: kimlər ağır xəstəliyə görə risk qrupundadırlar?” mövzularında olub. Təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
2017-ci ildən adıçıkilən kollegiyanın eksperti olan professor Ə.Sadıqov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıb.