8 noyabr 2025-ci il tarixində “Mədəniyyət” Televiziyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Xəmsə Milli İntellektual Oyunu” keçirilib. Yarışda “Tibb İşçiləri”, “FHN Akademiyası”, “Aviasiya Akademiyası” və “4TEA2” komandaları iştirak ediblər.
Gərgin mübarizədən sonra Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrindən ibarət “Tibb İşçiləri” komandası birinci yerin sahibi olub. Komanda üzvləri İlkin Qurbanlı, Neyman Qeybullayev, Sünbül Oruclu, Rəna Mahmudova və Elvin Abbaszadədir.
Yarışda fərdi olaraq ən çox xal toplayan Sünbül Oruclu isə “İntellekt Cəngavəri” mükafatına layiq görülüb.
Qeyd edək ki, komanda üzvləri ATU Tələbə Həmkarlar İntellektual Klubu (THİK)-in nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun aktiv üzvləridir və turnirlərdə əsasən “Vastator” adı ilə çıxış edirlər.