 - Copy.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər Xəstəlikləri kafedrasında 12 noyabr – Ümumdünya Pnevmoniya ilə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. Kafedra müdiri, dosent Rafiq Bayramov giriş nitqində tədbirin pnevmoniya haqqında maarifləndirmə və profilaktika tədbirlərinin vacibliyini vurğuladığını bildirərək, Səhiyyə Nazirliyinin də bu sahədə maarifləndirmə işlərinə göstərdiyi diqqət və dəstəyi qeyd edib.
Tədbirdə dünyada və Azərbaycanda pnevmoniyanın yayılma tezliyi, ölüm göstəriciləri, diaqnostikası, müalicəsi və profilaktikası barədə geniş məlumat verilib. Kafedra əməkdaşları, həkim-rezidentlər, tələbələr və Ağciyər Xəstəlikləri Mərkəzinin mütəxəssisləri iştirak edərək mövzu ətrafında müzakirələr aparıblar.
Xüsusilə pnevmoniya riski yüksək olan şəxslərin – 65 yaşdan yuxarı insanlar, 5 yaşadək uşaqlar, şəkərli diabet və xronik ürək çatışmazlığı olanlar, siqaret və spirt istifadəçiləri və immun sistemi zəif olanlar – profilaktik məqsədlə pnevmokok və qrip əleyhinə peyvənd olunması tövsiyə edilib.