Bizi izləyin:
Heydər Əliyev
İctimai səhiyyə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib

İctimai səhiyyə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində İctimai Səhiyyə fakültəsinin ixtisaslar üzrə qrup nümayəndələri ilə görüş təşkil olunub. Tədbirin əsas mövzusu kollokviumların və imtahanların keçirilməsi olub.

Görüşdə Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov Zəfər Günü və Bayraq Günü münasibətilə iştirakçıları təbrik edib. O, gələcək kollokviumların cədvəli və keçirilmə qaydaları barədə ətraflı məlumat verib, tələbələrin nizam-intizamlı olmalarının vacibliyini vurğulayıb. Dosent K. Yaqubov həmçinin ATU-da tələbələrin əksəriyyətinin dövlət sifarişi əsasında təhsil aldığını qeyd edərək, bu halın dövlətin tibb təhsilinə göstərdiyi diqqətin göstəricisi olduğunu bildirib. O, tibb işçilərinin cəmiyyətə verdiyi töhfələrdən danışıb və tələbələrin uğurlu karyera qurmaq üçün tədris prosesinə ciddi yanaşmalarının vacibliyini vurğulayıb.

Tədbirdə fakültənin dekanlıq nümayəndələri dekan müavini Nailə Məmmədova, akademik məsləhətçilər Aysel Osmanova və Arzu Məmmədli, tələbə dekanı Aytac Məmmədova da iştirak ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.