
.jpg)
Azərbaycan Tibb Universiteti sizi “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında keçiriləcək Mədəniyyətlərarası Tələbə Festivalına dəvət edir
Festivalın məqsədi müxtəlif ölkələrdən olan tələbələri bir araya gətirərək onların mədəni ənənələrini, adətlərini və özünəməxsus bacarıqlarını paylaşmaq üçün şərait yaratmaqdır. Rəngarəng proqramı ilə seçilən bu tədbirdə müxtəlif xalqların mədəniyyətləri təqdim olunacaq.
Bu unikal mədəniyyət bayramında iştirak etməyə sizi də dəvət edirik!
Proqram və məkanlar:
Dayanıqlı inkişaf məqsədlərinə həsr olunan sessiyalar
ATU 5 saylı tədris binası (akt zalı)
28.11.2025 | 10:00–15:30
Mədəniyyət güşələri
ATU Fəvvarə meydanı
28.11.2025 | 16:00–17:00
Qala konsert
ATU 5 saylı tədris binası (akt zalı)
28.11.2025 | 17:00
