
.jpg)
I Müalicə Profilaktika Fakültəsi "Rezident Həyatı Yaşa-5" layihəsinin qeydiyyatını açıq elan edir!
🔰Məqsədimiz :
Hər bir tələbə univeristet həyatı boyunca müxtəlif ixtisasa yiyələnmək, o yöndə özünü inkişaf etdirmək istəyir. Bu layihəmiz tələbələrimizə istədikləri ixtisasla əvvəlcədən tanış olmaq, onun çətinlikləri/üstünlükləri ilə rastlaşmaq, seçəcəkləri ixtisasın onlar üçün uyğun olub-olmamasını öyrənməyə şərait yaradacaqdır.
🏥Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində nəzərdə tutulmuş bu layihə ilə ATU-nun nəzdində olan klinika və bəzi özəl xəstəxanalarda istədiyiniz ixtisas üzrə rezidentin iş həyatı ilə tanış ola bilərsiniz.
❗ŞƏRTLƏR:
Tələbə:
●"Tibb" ixtisası üzrə 3,4 və ya 5-ci kurs tələbəsi olmalıdır;
● Qeydiyyat üçün: link
Qeydiyyatdan keçən tələbələrlə fakültə rəhbərliyinin görüşü olacaq və müvafiq seçimdən keçən tələbələr layihədə iştirak etmək hüququ qazanacaqlar.
💡Layihədə iştirak edən tələbələr kuratorları tərəfindən göndərilən xasiyyətnaməyə əsasən sertifikatla qiymətləndiriləcəklər.
