

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Yaxın Şərq Oftalmoloji Konfransı”nda (Middle East Ophthalmology Meeting) Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasını təmsil edən iştirakçı böyük uğur qazanıb.
Konfransa ATU-nun Oftalmologiya kafedrasının dosenti Aysel Qəlbinur və rezident Gülnur Abdullayeva tərəfindən 10 ildən artıq müddətdə müşahidə edilən nadir retinal patologiya ilə bağlı klinik hal təqdim edilib. “Long time follow-up of rare retinal pathology: A case report” adlı elmi məruzə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək müsabiqədə birinci yerə layiq görülüb və xüsusi mükafatla təltif edilib.
Bu nailiyyət ATU-nun beynəlxalq elmi platformalarda artan nüfuzunun və universitet gənc tədqiqatçılarının uğurlu fəaliyyətinin növbəti göstəricisi kimi qiymətləndirilir.
