
Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi 17 Noyabr – Tələbə Günü münasibətilə universitetin sosial-ictimai fəaliyyətində xüsusi fəallıq göstərən tələbələr üçün tədbir təşkil edib
Tədbirdə çıxış edən ATU-nun THİK-in sədri Qoşqar İsmayılov tələbələri bayram münasibətilə təbrik edib. O, qeyd edib ki, tələbələrin universitetin elmi, sosial və ictimai mühitinin inkişafında göstərdiyi fəallıq ATU-nun ümumi uğurlarında mühüm rol oynayır. Qoşqar İsmayılov çıxışı zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tədbir iştirakçılarına salamlarını çatdırıb və rektorun tələbələrin bilik, təşəbbüskarlıq və sosial fəallığını yüksək qiymətləndirdiyini bildirib.
THİK sədri həmçinin vurğulayıb ki, tələbələrin universitet həyatında göstərdiyi aktivlik, təşkilati işlərdə fəal iştirakı və müxtəlif sosial layihələrdə nümayiş etdirdiyi məsuliyyət onların gələcək peşəkar inkişafına mühüm töhfə verir. O, bütün tələbələri Tələbə Günü münasibətilə təbrik edərək, onlara təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda universitetin sosial-ictimai həyatında fərqlənən 30 tələbə Təşəkkürnamə ilə təltif olunub.