Bizi izləyin:
Heydər Əliyev
"Vaxtından əvvəl doğulanlar günü"nə həsr olunan konfrans keçirilib

"Vaxtından əvvəl doğulanlar günü"nə həsr olunan konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Elmi-Tədqiqat Mama-Ginekologiya Institutunun birgə təşkilatçılığı ilə "Vaxtından əvvəl doğulanlar günü"nə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbir institut rəhbərliyinin giriş nitqi ilə davam edib. Çıxışlarda vaxtından əvvəl doğulan körpələrin sağlamlığının qorunması, perinatal dövrdə rast gəlinən çətinliklərin həlli, multidissiplinar yanaşmanın gücləndirilməsi və sahədə tətbiq edilən yeni elmi nailiyyətlər barədə fikirlər səsləndirilib. 
Beynəlxalq əməkdaşlıq çərçivəsində Qazaxıstan və Özbəkistandan olan mütəxəssislər də onlayn formatda konfransa qoşularaq neonatal cərrahiyyə sahəsində öz elmi-praktik təcrübələrini bölüşüblər.
Ümumilikdə panel müzakirələri zamanı 20-dən çox mövzu üzrə məruzələr təqdim olunub. 300 mütəxəssisin iştirakı ilə keçirilən konfrans Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 DTT kredit balı ilə qiymətləndirilib.

Paylaş

Dostlarınız ilə paylaşın.