

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında ingilis dilində “The Impact of Climate Change on Human Health” adlı yeni metodik vəsait çap edilib
Nəşrdə müasir dövrün ən qlobal problemlərindən biri sayılan iqlim dəyişikliyinin insan sağlamlığına birbaşa və dolayı təsirləri, ictimai sağlamlıqda ekoloji sağlamlıq problemləri, ətraf mühit sağlamlığına müdaxilə vasitəsilə sağlamlığın təşviqi məsələləri ətraflı şəkildə təqdim olunur. Vəsaitdə həmçinin müasir ekoloji tədqiqatlar və COP29-la bağlı məlumatlar da yer alır.
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri mövzusu 2024–2025-ci tədris ilindən etibarən kafedrada bütün fakültələr üzrə tədris olunan “İctimai sağlamlıq” fənninin 2 saatlıq mühazirə və 4 saatlıq seminar blokunu əhatə edir.
Tədris vəsaitinin müəllifləri tibb elmləri doktoru, dosent Yaqut Hacıyeva və tibb elmləri namizədi, dosent Nərminə Göyüşovadır. Yeni nəşr həm tələbələr, həm də ekoloji sağlamlıq sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
