Bizi izləyin:
Heydər Əliyev
Qazaxıstanın Əmək Gigiyenası Mərkəzinin nümayəndə heyəti ATU-da səfərdə olub

Qazaxıstanın Əmək Gigiyenası Mərkəzinin nümayəndə heyəti ATU-da səfərdə olub

Qazaxıstan Respublikası “Əmək Gigiyenası və Peşə Xəstəlikləri Milli Mərkəzi” Qeyri-kommersiya Səhmdar Cəmiyyətinin rəhbərliyi Azərbaycan Tibb Universitetində işgüzar səfərdə olublar

12–13 noyabr tarixlərində Mərkəzin İdarə Heyətinin direktoru, t.e.d., professor Otarov Yertay Jalqaspayeviç və direktor müavini, t.ü.f.d. Tilemisov Maqjan Kakarmanoviç Azərbaycan Tibb Universitetində bir sıra görüşlər keçiriblər.

Qonaqlar Universitetlə Mərkəz arasında Memorandum imzalanmasına dair məsləhətləşmələr aparmaq üçün ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev ilə görüşüblər. Elmi əməkdaşlıq istiqamətində birgə layihələrin həyata keçirilməsi məsələləri isə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan ilə müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Uşaq–yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasını ziyarət edərək əmək sağlamlığı, həmçinin uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti ilə bağlı aparılan tədqiqat istiqamətləri barədə məlumat alıblar. Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə elmi tədqiqatların həyata keçirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə kafedranın müdiri, dosent Şəhla Balayeva, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru Musa Ələkbərov və Qidalanma və tibbi ekologiya kafedrasının məsləhətçi professoru Mirzə Kazımov iştirak ediblər.

Səfər iki tərəf arasında əməkdaşlığın daha da gücləndirilməsinə, elmi-tədqiqat potensialının birləşdirilməsinə və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə mühüm təkan verəcək. 

Paylaş

Dostlarınız ilə paylaşın.