

İstanbul Gelişim Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində 2025-2026-ci tədris ilinin yaz semestri üçün tələbə qəbulu elan edir
Qeydiyyat üçün tələb olunan sənədlər:
• Dekan tərəfindən tələbənin proqramda iştirakını tövsiyyə edən məktub (ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoruna ünvanlanmalıdır)
• Erasmus+ Müraciət formu (qoşmada əlavə olunur)
• Transkript
• İngilis dili sertifikatı (PTE, TOEFL, Cambridge və s.)
Qeydiyyat şərtləri:
Müraciət edəcək tələbələr tədris almaq istədikləri fakültənin tədris proqramı ilə öncədən tanış olaraq, fənn və kredit uyğunluğunu müəyyən etməlidirlər.
Bakalavrlar üçün: https://gbs.gelisim.edu.tr/ders-plani-17-318-1
Türkiyə vətəndaşları proqrama müraciət edə bilməzlər.
Təhsil ödənişsizdir və Aylıq təqaüd: 800 EUR, Səyahət dəstəyi: 275 EUR
Sənədlər 17.11.2025-ci il tarixinədək mövzu (title) yerində “İstanbul Gelişim University student exchange program” yazaraq, ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin email ünvanına göndərilməlidir: [email protected]
Göstərilən müddətdən gec təqdim olunmuş sənədlər qəbul edilməyəcəkdir!
Hörmətlə,
ATU-nun Beynəlxalq əlaqələr şöbəsi
