Bizi izləyin:
Heydər Əliyev
Görkəmli professorun xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Görkəmli professorun xatirəsinə həsr olunan anım tədbiri keçirilib

Tədbirdə Azərbaycan Tibb Universitetin əməkdaşları iştirak ediblər

Noyabrın 20-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə “Yeni Klinika”da dünya şöhrətli cərrah, dəyərli alim, milli məfkurəli ziyalı,  əslən Qazax rayonundan olan İstanbul Universitetinin sabiq professoru İbrahim Yıldırımın xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, İstanbuldakı Fulya Kardiologiya və Ürək-Damar Cərrahiyyə Akademiyasının baş həkimi, professor Bingür Sönmez,  Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Kastamonu Universitetinin sabiq rektoru Seyit Aydın, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev professor İbrahim Yıldırımın tibb ictimaiyyəti üçün verdiyi töhvələrdən bəhs ediblər.

Qeyd edək ki, əslən Azərbaycanın Qazax rayonundan – Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindən olan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Türkiyədə – Amasya vilayətinin Merzifon rayonunda dünyaya gəlib. İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra ABŞ, Avropa və Asiyanın müxtəlif ölkələrində plastik cərrahiyyə üzrə ixtisasartırma kurslarında təcrübə keçib, konfrans və seminarlarda iştirak edib.

Prezident İlham Əliyev 2019-cu ildə İbrahim Yıldırımı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edib.

Paylaş

Dostlarınız ilə paylaşın.