Bizi izləyin:
Heydər Əliyev
ATU rezidenti Dünya Uşaq Cərrahiyyəsi Konfransında elmi təqdimatlarla çıxış edib

ATU rezidenti Dünya Uşaq Cərrahiyyəsi Konfransında elmi təqdimatlarla çıxış edib

12–15 noyabr tarixlərində Antalyada keçirilən Dünya Uşaq Cərrahiyyəsi Konfransı çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) rezidenti Tahirə Allahverdiyeva beynəlxalq elmi proqramda iki poster təqdimatı ilə çıxış edib. Qeyd edək ki, rezidentin elmi rəhbəri, uşaq cərrahı Aqil Abilovdur.

Konfransda təqdim olunan ilk poster genişmiqyaslı klinik araşdırma nəticələrinə həsr olunub. Tədqiqat çərçivəsində son 7 il ərzində doğulan 7 584 körpədən 277 nekrotizan enterokolit diaqnozu qoyulan xəstənin klinik göstəriciləri və müalicə nəticələri təhlil edilib.

İkinci poster isə nadir rast gəlinən “Rotasyon anomaliya” mövzusunda təqdim olunub. Hər iki təqdimat beynəlxalq mütəxəssislərin marağına səbəb olub və müsbət qiymətləndirilib.

Azərbaycan Tibb Universiteti gənc mütəxəssislərin beynəlxalq elmi platformalarda uğurla təmsil olunmasını yüksək dəyərləndirir və onların elmi inkişafını dəstəkləməkdə davam edir.

Paylaş

Dostlarınız ilə paylaşın.