Bizi izləyin:
Heydər Əliyev
Mədəniyyətlərarası Tələbə Festivalı çərçivəsində SDG-lərə həsr olunan sessiyalar keçirilib

Mədəniyyətlərarası Tələbə Festivalı çərçivəsində SDG-lərə həsr olunan sessiyalar keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında təşkil olunan Mədəniyyətlərarası Tələbə Festivalı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) həsr edilmiş silsilə sessiyalar baş tutub. Tədbirdə sosial, iqtisadi və ekoloji dayanıqlılıq istiqamətləri üzrə müxtəlif qurum və təşkilatların nümayəndələri çıxış ediblər.

SDG 1–6: Sosial və ekoloji dayanıqlılıq mövzusunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mütəxəssisi Humay Əhmədbəyli “Yoxsulluğa son”, Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Emin Əliyev “Aclığa son”, Ottawa Ürək İnstitutunun layihə meneceri Xatirə Mehdiyeva “Yaxşı səhiyyə və rifah” mövzularında çıxış ediblər. Bakı Dövlət Universitetindən Asiman İlyasov “Keyfiyyətli təhsil”, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Xumar İlqarqızı "Gender bərabərliyi", Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova "Təmiz su və sanitariya" movzusunda çıxış ediblər.

SDG 7–12: İqtisadi və texnoloji dayanıqlılıq bölməsində Energetika İnstitutunun şöbə rəisi, professor Valeh Nəsibov “Sərfəli və təmiz enerji”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Rəna Abdullayeva “Layiqli əmək və iqtisadi artım”, ATU-nun professoru Aytən Məmmədbəyli “Sənaye, innovasiya və infrastruktur” və “Məsuliyyətli istehlak və istehsal”, ATU-nun prorektoru professor Məlahət Sultan “Bərabərsizliyin azaldılması”, AzInTelecom-un nümayəndəsi Amin Nəzərli isə “Dayanıqlı şəhərlər və icmalar” mövzularında çıxışlar ediblər.

SDG 13–17: Dayanıqlı inkişaf və tərəfdaşlıq istiqaməti üzrə Prezident Administrasiyasından Faiq Mütəllimov “İqlim dəyişməsinə qarşı mübarizə”, ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Aygün Nərimanova “Dəniz ekosisteminin mühafizəsi” və “Torpaq ekosisteminin mühafizəsi”, millət vəkili Rasim Musabəyov “Sülh, ədalət və səmərəli institutlar”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov isə “Məqsədlər üçün tərəfdaşlıq” mövzularında təqdimatlarla çıxış ediblər.

Festival çərçivəsində keçirilən sessiyalar tələbələrə SDG-lərin müxtəlif aspektləri haqqında geniş məlumat əldə etmək və ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı yaradıb.

Paylaş

Dostlarınız ilə paylaşın.