Bizi izləyin:
Heydər Əliyev
ATU ilə Çin Universiteti arasında əməkdaşlıq genişlənir

ATU ilə Çin Universiteti arasında əməkdaşlıq genişlənir

Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Törə Sadıqova Çin Xalq Respublikasının Lanzhou şəhərində keçirilən Dunxuan Təbabəti üzrə Beynəlxalq Konfransda iştirak edib. Səfər Gansu Çin Təbabəti Universitetində həyata keçirilib.

Konfrans çərçivəsində dosent Törə Sadıqova ənənəvi Çin təbabətinin müasir tibb elmi ilə inteqrasiyası, qlobal səhiyyə sistemlərində tətbiqi və yeni elmi tədqiqat istiqamətləri barədə keçirilən sessiyalarda iştirak edib.

Səfər zamanı ATU nümayəndəsi Gansu Çin Təbabəti Universitetinin rektoru ilə rəsmi görüş də keçirib. Görüşdə universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, tələbə və müəllim mübadilə proqramlarının yaradılması, həmçinin inteqrativ tibb sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsi müzakirə olunub.

Konfransdan sonra Törə Sadıqova ənənəvi Çin təbabəti üzrə fəaliyyət göstərən ixtisaslaşmış klinikanı da ziyarət edib. Klinikanın müalicə metodları, diaqnostika texnologiyaları və pasiyent yönümlü yanaşma modeli ilə yerində tanışlıq ATU üçün həm elmi, həm də praktiki müstəvidə yeni əməkdaşlıq imkanları açıb.

Paylaş

Dostlarınız ilə paylaşın.