Bizi izləyin:
Heydər Əliyev
 Universitetimizin əməkdaşı  Antalyada Beynəlxalq Konqresində çıxış edib

 Universitetimizin əməkdaşı  Antalyada Beynəlxalq Konqresində çıxış edib

Türkiyənin Antalya  şəhərində (Kaya Palazzo Golf  Resort- Antalya)  31-ci Milli Allerqologiya və Klinik İmmunologiya konqresi keçirilib

 Xarici ölkə alimlərinin də iştirak etdiyi bu mötəbər konqres, tibbin çox mühüm bir sahəsi olan allerqologiya və klinik  immunologiyanın  aktual problemlərinə  həsr olunub. Bronxial astma, allergik rinit, atopik dermatit, angioödem, övrə, peşə allergiyası,  həşərat allergiyası, anafilaksiya, tütünün,  hava kirliliyinin, iqlim dəyişikliyinin allergik  xəstəliklərə təsiri, qida və dərman allergiyası kimi allergik xəstəliklərin, mastositoz,  autoimmun xəstəliklərin  gedişi, patogenezi, diaqnostikası və müalicəsində son yeniliklər, nanotexnologiya,  allerqoimmunoterapiyaya müasir yanaşma, mikrobiotanın əhəmiyyəti və onun immunrequlyasiyada rolu, birincili və ikincili immun çatışmazlıqlar və onlara müasir yanaşma  və s. aktual mövzularda bir- birindən maraqlı məruzələr ən yüksək səviyyədə dinlənilib, geniş diskussiyalar aparılıb. Konqres çərçivəsində “Dünya Anafilaksiya Günü”nə həsr olunmuş tədbir, eləcə də “Dərman allergiyası”,Qida allergiyası”,  “Bronxial astma”,  “Aerobiolojilər” və “İmmunoloji”  kurslar da keçirilib. Konqresdə həmçinin EAACİ(Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyası) və EAACİ/WAO(Dünya Allergiya Təşkilatı)  təmsilçilərinin çıxışları dinlənilib. İlk dəfə olaraq konqresdə allerqologiya və klinik immunologiyanın müxtəlif mövzularında gənc tədqiqatçılarla yetişmiş alimlərin “Usta-Şagird” adlı  diskussiya xarakterli  çıxışlarından ibarət bölümlər də yer alıb. Ölkəmizdən bu konqresdə Universitetimizin II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova  “Nadir  fiziki övrə səbəbi : Soyuq örvəsi” və “Günəş övrəsi” mövzusunda poster  çıxışları edib.  

 

Paylaş

Dostlarınız ilə paylaşın.