Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Stomatoloji Klinikasının rəhbərliyi Qazaxıstandan gələn tələbələrlə görüş keçirdi

ATU-nun Stomatoloji Klinikasının rəhbərliyi Qazaxıstandan gələn tələbələrlə görüş keçirdi

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatoloji Klinikasında Qazaxıstandan təcrübə proqramı üzrə ölkəmizə gələn tələbələrlə görüş təşkil olunub.

Görüş zamanı klinikanın rəhbərliyi tələbələrin praktik dövrü ərzində əldə etdikləri bilik və bacarıqlar, stomatoloji kabinetlərdə apardıqları müşahidələr və praktiki məşğələlər barədə fikir mübadiləsi aparıb. Tələbələr həmçinin klinik proseslərin təşkili, pasiyentlərlə ünsiyyət və müxtəlif prosedurların icrası ilə bağlı təəssüratlarını bölüşüblər.

Stomatoloji Klinikanın direktoru İmran Ağayev çıxış edərək, tələbələrin peşəkar inkişafına göstərilən diqqəti vurğulayıb. O, Qazaxıstanlı tələbələrin klinik bacarıqlarının yaxşılaşdırılması üçün yaradılan şəraitin və tədris mühitinin səmərəliliyini qeyd edib.

Tələbələr ATU-nun Stomatoloji Klinikasında yaradılan müasir tədris şəraiti və peşəkar həkim heyətindən məmnun qaldıqlarını bildiriblər. Onlar praktika müddətində real klinik prosesləri yaxından izləmək və müxtəlif prosedurlarda iştirak etmək imkanının onların bilik və bacarıqlarını əhəmiyyətli dərəcədə artırdığını vurğulayıblar. Qonaq tələbələr göstərilən diqqət və dəstəyə görə klinika rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.