

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsində Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib. Fakültənin rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yerləşən Ulu Öndərin abidəsini ziyarət edərək onun dövlətçilik tariximizdəki müstəsna xidmətlərini dərin ehtiramla yad edib.
Ziyarətdən sonra kursant heyətinə Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında oynadığı mühüm rol barədə geniş məlumat verilib. Tədbir çərçivəsində həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Hərbi Tibb Fakültəsinin kollektivi qeyd edib ki, bu cür tədbirlər gənc hərbi tibb mütəxəssislərinin milli-mənəvi ruhda formalaşmasına, tariximizi dərindən mənimsəməsinə və ölkəyə xidmət ideyalarının möhkəmlənməsinə əhəmiyyətli töhfə verir.
