Bizi izləyin:
Heydər Əliyev
“Diaqnostik radiologiya” fənni üzrə kliniki bacarıqlar qiymətləndirilib

“Diaqnostik radiologiya” fənni üzrə kliniki bacarıqlar qiymətləndirilib

Cari semestrdə Radiologiya kafedrasında tədris olunan “Diaqnostik radiologiya” fənni üzrə sərbəst işlərin qiymətləndirilməsi müasir tədris yanaşmalarına uyğun olaraq kliniki bacarıqlar formatında təşkil olunub. Bu qiymətləndirmə tələbələrin yalnız nəzəri biliklərini deyil, eyni zamanda praktik hazırlıq səviyyəsini, klinik düşünmə və qərarvermə bacarıqlarını obyektiv şəkildə müəyyən etməyə xidmət edib.

Qiymətləndirmənin əsas məqsədi tələbələrin radioloji müayinə üsullarına dair nəzəri biliklərinin praktik tətbiq imkanlarını yoxlamaq, peşəkar səriştələrini qiymətləndirmək və tədris prosesinin keyfiyyətini artırmaq olub.

Kliniki bacarıqların qəbul prosesi zamanı tələbələr dörd müxtəlif stansiyada radioloji müayinə üsulları üzrə bilik və bacarıqlarını nümayiş etdirərək təqdim olunmuş görüntüləri təhlil edib və düzgün diaqnostik yanaşma ortaya qoyublar.

Qiymətləndirmədə universitetin tədris işləri üzrə prorektoru professor Anar Ağayev və II Müalicə profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli iştirak edərək öz təklif və tövsiyələrini bildiriblər.

Belə praktiki qiymətləndirmə yanaşmasının növbəti semestrlərdə də davam etdirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

Paylaş

Dostlarınız ilə paylaşın.