

Bu gün Birinci Uşaq Dəri-Zöhrəvi Dispanserində hiperpigmentasiya mövzusuna həsr olunmuş elmi-praktik konfrans təşkil olunmuşdur
Tədbir Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının təşkilatçılığı və fəal iştirakı ilə baş tutub.
Konfransda ATU-nun Dermatovenerologiya kafedrasının professor-müəllim heyəti, rezidentləri və Birinci Uşaq Dəri-Zöhrəvi Dispanserinin həkimləri iştirak edib. Tədbir zamanı hiperpigmentasiyanın aktual problemləri, müasir diaqnostika və müalicə yanaşmaları, elmi yeniliklər və klinik təcrübələr ətrafında geniş müzakirələr aparılıb.
Elmi-praktik konfrans interaktiv çıxışlar və müzakirələrlə yadda qalmış, iştirakçılar arasında elmi bilik və praktik təcrübə mübadiləsi üçün səmərəli imkan yaradıb. Dermatovenerologiya kafedrası gələcəkdə də klinik müəssisələrlə əməkdaşlıq çərçivəsində bu cür tədbirlərin keçirilməsini, müasir biliklərin tətbiqini və mütəxəssislərin peşəkar inkişafını davam etdirməyi planlaşdırır.
