Azərbaycan Tibb Universitetində (ATU) İctimai səhiyyə fakültəsinin Fizioterapiya ixtisası üzrə OSPİ (bacarıq) imtahanı təşkil olunub.
ATU-nun TƏBİB Tədris-İdman Mərkəzində keçirilən imtahan İctimai səhiyyə fakültəsinin Fizioterapiya ixtisasının I kurs tələbələri üçün “Bədən tərbiyəsi və idman hərəkətlərinin əsasları” fənni üzrə baş tutub. İmtahanın təşkili və keçirilməsi müasir qiymətləndirmə prinsiplərinə uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, OSPİ imtahanı 10 stansiyadan ibarət olub. Hər bir stansiyada tələbələrin praktik bacarıqları, hərəkətlərin düzgün icra texnikası, ardıcıllıq və təhlükəsizlik qaydalarına riayət etmə səviyyəsi qiymətləndirilib. Tələbələr imtahan zamanı fiziki hərəkətlərin icrası, düzgün bədən mövqelərinin seçilməsi və funksional bacarıqların tətbiqi üzrə tapşırıqları yerinə yetiriblər.
İmtahan prosesini TƏBİB Tədris-İdman Mərkəzinin direktoru Qələndər Aslanov, İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, dekan müavini Nailə Məmmədova, Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə koordinator Vaqif Cəlilov və akademik məsləhətçi Arzu Məmmədli müşahidə ediblər. Onlar imtahanın gedişatına nəzarət edərək qiymətləndirmə prosesinin şəffaf və obyektiv aparılmasını təmin ediblər.