Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetində OSKİ imtahanı başlayıb

Azərbaycan Tibb Universitetində OSKİ imtahanı başlayıb

Azərbaycan Tibb Universitetinin (ATU) Ailə təbabəti kafedrasında 22 dekabr 2025-ci il tarixində “Klinik bacarıq–3” fənni üzrə obyektiv-strukturlaşdırılmış kliniki imtahanın (OSKİ) keçirilməsinə başlanılıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli imtahan prosesinin təşkili və gedişi ilə yaxından tanış olub. Ailə təbabəti kafedrasının müdiri, professor İbrahim İsayev imtahanın keçirilmə mexanizmi, tətbiq olunan yeniliklər və hazırlanmış yeni metodik rəhbərliklər barədə ətraflı məlumat verib.

İmtahan zamanı tələbələrin fikirləri də öyrənilib. Tələbələr imtahanın şəffaf və obyektiv şəkildə təşkil olunduğunu, müəllimlərin qiymətləndirmə zamanı ədalətli və obyektiv yanaşma nümayiş etdirdiklərini bildirərək prosesdən razı qaldıqlarını qeyd ediblər.

 

Paylaş

Dostlarınız ilə paylaşın.