Bizi izləyin:
Heydər Əliyev
ATU alimləri Antalyada keçirilən XXXI Ulusal Allerji və Klinik İmmünoloji Konqresində iştirak ediblər

ATU alimləri Antalyada keçirilən XXXI Ulusal Allerji və Klinik İmmünoloji Konqresində iştirak ediblər

Türkiyənin Antalya şəhərində yerləşən Kaya Palazzo Golf Resort otelində XXXI Ulusal Allerji və Klinik İmmünoloji Konqresi keçirilib.

“Allerji və İmmünologiya: Bilimlə Güclənən Gələcək” mövzusuna həsr olunan konqresdə dünyanın müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar və sahə üzrə mütəxəssislər iştirak ediblər. Tədbir çərçivəsində allerji və immunologiya sahəsində ən son elmi yeniliklər, müasir yanaşmalar və gələcək perspektivlər müzakirə olunub.

Konqresdə Azərbaycan Tibb Universitetinin (ATU) “Allerqologiya və immunologiya” kafedrasının əməkdaşları ə.e.x., professor Lala Allahverdiyeva və dosent Nailə Quliyeva da təmsil olunublar. Professor Lala Allahverdiyeva “Çocuklarda bronşiyal astımı öngörmede kalıtsal faktörlerin öneminin analizi (AR2 sinir ağı modeli)” və “Alerjik hastalıkların spesifik tanısında modern yaklaşımlar” mövzularında poster məruzələrlə çıxış edərək elmi təcrübələrini bölüşüb. Dosent Nailə Quliyeva isə “Akut Alerjik Kontakt Dermatit (Klinik olgu)” adlı poster təqdimatı ilə iştirakçıların diqqətini cəlb edib.

Tədbirin sonunda professor Lala Allahverdiyeva, Maria Torres və Cezmi Akdiş arasında qarşılıqlı əməkdaşlıq imkanlarına dair görüş keçirilib. Görüşdə Azərbaycan Allerqologiya və İmmunologiya Cəmiyyətinin gələcək inkişafı və perspektivləri baxımından birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

 

Paylaş

Dostlarınız ilə paylaşın.