Bizi izləyin:
Heydər Əliyev
ATU-da tələbələrarası “İlin ən yaxşı elmi işi” müsabiqəsi keçirilib

ATU-da tələbələrarası “İlin ən yaxşı elmi işi” müsabiqəsi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) tələbələrarası “İlin ən yaxşı elmi işi” müsabiqəsi təşkil olunub

Müsabiqədə universitetin müxtəlif fakültələrini təmsil edən tələbələr tərəfindən ümumilikdə 18 elmi iş təqdim edilib.

Müsabiqənin nəticələrinə əsasən, I və II Müalicə-Profılaktika, İctimai Səhiyyə, Stomatologiya, Əczaçılıq və Hərbi Tibb fakültələrindən Ali Ghorbaniazar, Nigar Babayeva, Aytac Məmmədova, Sepehr Shahim Germi Saber, Teymur Rəhimov və Nihad Həsənlinin təqdim etdikləri elmi işlər qalib elan olunaraq diplom və hədiyyələrlə təltif edilib. Digər iştirakçıların Xədicə Aslanova, Rafiq Aslanov, Aytən Ələkbərova, Sədulla Məmmədli, Eldar Baxşəliyev, Leyla Səfərli, Matin Mahdi Ghods, Fidan İsazadə, Mehin Rəştiyeva, Cahan Hüseynli və Elmir Mirzəyevin elmi işləri isə sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Elmi işlər professor Həqiqət Qədirova, Elçin Ağayev, Zəfər Əliyev, Anar Abdullayev, Asif Arxməmmədov, Svetlana Babayeva və Rəna Şirvanovadan ibarət münsiflər heyəti tərəfindən işin aktuallığı və praktik əhəmiyyəti, tədqiqat prosesində əldə olunan bacarıqlar, təqdimat səviyyəsi və diskussiya meyarları üzrə 5 ballıq sistem əsasında qiymətləndirilib.

Qeyd edək ki, tədbirin keçirilməsində Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı ilə yanaşı, “Azərimed”, “Zeytun Pharmaceuticals” və “Caspian Xəzri” şirkətləri sponsorluq ediblər.

 
Paylaş

Dostlarınız ilə paylaşın.