Bizi izləyin:
Heydər Əliyev
20 Yanvar: Qanla yazılan tarix və azadlığa gedən yol

20 Yanvar: Qanla yazılan tarix və azadlığa gedən yol

20 Yanvar hadisələrinin 36-cı ildönümü münasibətilə Azərbaycan Tibb Universitetində anım tədbiri keçirilib. Mərasimdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli 1990-cı ilin 20 Yanvar gününün Azərbaycanın müasir tarixinə ən faciəli və ən şərəfli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib: “Azərbaycan xalqının tarixində elə hadisələr var ki, milli yaddaşımızda daim qalacaq. Bu tarixlərdən biri də məhz 20 Yanvardır. Bu tarix milli müstəqillik, xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Çünki məhz belə hadisələr insanların milli şüurunu dəyişdirir. Hə­min ge­cə tele­vi­zi­ya iş­lə­mə­sə də, in­san­lar da­xi­li ça­ğı­rış­la kü­çə­lə­rə çıx­mış­dı­lar. 20 Yan­var şə­hid­lə­ri­nin dəfn gü­nü mil­li şüuru­mu­zun də­yiş­mə nöq­tə­si idi”.

Hər il 20 Yan­var şə­hid­lə­ri­nin xa­ti­rəsi­nidə­rin hüzn­lə yad et­di­yi­mi­zi de­yən rek­tor hazırda fərq­li əh­val­da ol­du­ğu­mu­zu da vur­ğu­la­yıb: “Çün­ki ar­tıq şə­hid­lə­ri­mi­zin qa­nı yer­də qalma­yıb. Biz 20 Yan­var fa­ciəsi­nə Qara­bağ pro­se­sin­dən kə­nar­da ya­na­şa bil­mə­rik. Məhz bu kon­tekst­dən de­yə bi­lə­rik ki, müs­tə­qil­lik uğ­run­da şə­hid olan qəh­rə­man­la­rın qa­nı yer­də qalma­dı. Bü­tün dün­ya­ya sü­but et­dik ki, Azər­bay­can xal­qı bö­yük və əzm­kar xalq­dır.

Professor Gəray Gəraybəyli bu gün gənclərimizin Azərbaycanın hansı sınaqlardan keçərək müstəqil dövlətə çevrildiyini bilməsinin son dərəcə vacibliyinə də diqqət çəkib. Qeyd edib ki, bugünkü sabitlik və beynəlxalq nüfuz asanlıqla əldə edilməyib, bunun arxasında şəhidlərin qanı və xalqın iradəsi dayanır: “Ümumiyyətlə, mən hər zaman onun təşəbbüskarıyam ki, belə tədbirlərdə daha çox gənclər iştirak etsin. Məhz gənclərin Azərbaycanın son 30-ildən artıq bir müddətdə keçdiyi tarixi hadisələri bilməsi çox vacibdır. Bugünkü reallığı görəndə, sizə elə gələ bilər ki, hər zaman elə belə olub. Əslində isə Azərbaycan xalqı bu günə qədər ağır sınaqlardan keçib. Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uğurlu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərindən sonra Azərbaycan bütün dünyada müstəqilliyini müdafiə edən və son 200 ildə ilk dəfə itirilmiş torpaqlarımızı hərbi güclə qaytara bilən bir ölkə kimi tanındı”.

Rek­to­run çı­xı­şın­dan son­ra 20 Yanvar ha­di­sə­lə­ri­nə dair vi­deoçarx nüma­yiş et­di­ri­lib.  

Bundan sonra çıxış edən Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev 20 Yanvarı xalqımızın həm kədər, həm də şərəf salnaməsi adlandırıb. Onun sözlərinə görə, həmin gecə Azərbaycan xalqı milli azadlıq ruhunun sarsılmaz olduğunu sübut etdi. O, Ulu Öndər Heydər Əliyevin Moskvada etdiyi tarixi çıxışı xatırladaraq, bu addımın xalqın haqq səsini dünyaya çatdırmaq baxımından böyük siyasi cəsarət nümunəsi olduğunu bildirib.

İc­ti­mai fənlər ka­fed­ra­sı­nın müdiri, pro­fes­so­r Qoşqar Əliyev xal­qı­mıza qar­şı yö­nə­lən bu dəh­şət­li ci­na­yətin, ey­ni zaman­da ta­ri­xi yad­da­şı­mı­za də­rin hüzn və mil­li qü­rur gü­nü ki­mi həkk olu­nan Qan­lı Yan­var ge­cə­si öz can­la­rın­dan ke­çən­lə­rin heç za­man unu­dul­ma­ya­ca­ğı­nı, on­la­rın şü­caət və qəh­rə­man­lıq­la­rı­nın gənc­lə­rə və bö­yümək­də olan nə­sil­lə­rə ör­nək ola­ca­ğı­nı və şə­hid­lə­rin əziz xa­ti­rə­si­nin daim xa­tır­lana­ca­ğı­nı de­yib.

Anım tədbirində çıxış edən II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Nigar Babayeva bildirib ki, bugünkü Azərbaycan gəncliyi şəhidlərin qanı bahasına əldə olunmuş müstəqilliyi qorumağı və onu dünyaya layiqincə tanıtmağı özünə borc bilməlidir.
20 Yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı zorakılıq qarşısında geri çəkilən xalq deyil. Bu faciə, əslində, müstəqilliyə aparan yolun başlanğıcı oldu. Həmin gecə tökülən qanlar bu gün dalğalanan üçrəngli bayrağımızın mənəvi təməlindədir.
Zaman keçəcək, nəsillər dəyişəcək. Amma 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki onlar azadlıq ideyasını canları bahasına qorudular. Və bu ideya artıq müstəqil, güclü və qalib Azərbaycanın dövlət fəlsəfəsinə çevrilib.

20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə yaşadığı ən ağır, eyni zamanda ən şərəfli tarixi sınaqlardan biridir. 1990-cı ilin həmin qanlı gecəsində sovet ordusunun Bakıya yeridilməsi yüzlərlə günahsız insanın həyatına son qoydu. Lakin bu faciə Azərbaycan xalqının azadlıq iradəsini sındıra bilmədi – əksinə, milli mübarizəni daha da gücləndirdi.

Paylaş

Dostlarınız ilə paylaşın.