Bizi izləyin:
Heydər Əliyev
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi 2025-ci ildəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik İradə Hüseynova təqdim edib.

Bildirilib ki, hesabat ilində biologiya, tibb, aqrar və ekologiya elmləri sahələri üzrə genişmiqyaslı tədqiqatlar aparılıb və əldə olunan elmi nəticələrdən ən mühüm 37-si seçilib. Bölmənin əhatə etdiyi institutlarda və tibb yönümlü elmi müəssisələrdə yüzlərlə mövzu və mərhələ üzrə araşdırmalar həyata keçirilib, onların əhəmiyyətli hissəsi tamamlanıb.

Hesabat dövründə minlərlə elmi əsər, o cümlədən kitablar, monoqrafiyalar, məqalə və tezislər nəşr olunub, bu əsərlərə minlərlə istinad edilib. Eyni zamanda biologiya və tibb elmləri sahəsində çalışan bir sıra azərbaycanlı alimlərin Stenford Universitetinin yüksək reytinq siyahısına daxil edildiyi vurğulanıb. Məruzədə beynəlxalq əməkdaşlıq, kadr hazırlığı, patentlər, qrantlar və elmlə təhsilin inteqrasiyası məsələlərinə də toxunulub.

İclas çərçivəsində təşkil olunan sərgidə elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əks etdirən materiallar nümayiş olunub. Sərgidə Azərbaycan Tibb Universitetinin (ATU) stendi xüsusi diqqət çəkib, universitetin elmi nailiyyətləri, tədris və tədqiqat potensialı iştirakçılara təqdim olunub və stend böyük maraqla qarşılanıb.

Paylaş

Dostlarınız ilə paylaşın.