Bizi izləyin:
Heydər Əliyev
“XI Bakı–Malatya Orqan Transplantasiyası Günləri” beynəlxalq konfransı onlayn formatda keçirilib

“XI Bakı–Malatya Orqan Transplantasiyası Günləri” beynəlxalq konfransı onlayn formatda keçirilib

27 fevral 2026-cı il tarixində professorlar Nuru Bayramov və Sezai Yılmazın təşkilatçılığı və sədrliyi ilə ənənəvi “XI Bakı–Malatya Orqan Transplantasiyası Günləri” beynəlxalq elmi-praktik konfransı keçirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 7 DDT balı ilə akkreditasiya olunmuş tədbir transplantologiya sahəsində ABŞ, Türkiyə və Azərbaycan mütəxəssislərini virtual platformada bir araya gətirərək geniş elmi müzakirə imkanı yaradıb.

Konfrans çərçivəsində ABŞ-dan dəvət olunmuş tanınmış mütəxəssis Brian Carr hepatosellülyar karsinomada proqnostik faktorlar və serum biomarkerləri barədə məruzə ilə çıxış edib. Türkiyədən Volkan İnce hepatosellülyar karsinomada transplantasiya sərhədlərinin genişləndirilməsi, Adil Başkıran transplantasiyadan sonra HBV residivi, Neslihan Çelik uşaqlarda qaraciyər transplantasiyasının çətinlikləri, Koray Kutlutürk isə qaraciyər transplantasiyasında hepatik arteriyanın rekonstruksiyası mövzusunda təqdimatla çıxış edib.

Azərbaycandan olan mütəxəssislər Mircəlal Kazımi, Tariyel Nadirov, Eldar Əhmədov, Rəşad Şolan və Anar Namazov qaraciyər və böyrək transplantasiyası sahəsində yerli mərkəzlərin təcrübələrini onlayn auditoriya ilə bölüşüblər.

Ümumilikdə 432 iştirakçının qoşulduğu konfransda həkimlər, rezidentlər və səhiyyə nümayəndələri transplantologiya sahəsində son elmi yeniliklərlə tanış olmaq imkanı əldə ediblər.

Onlayn formatda təşkil olunan tədbir beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və regionda transplantasiya xidmətlərinin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edib.

Konfransın uğurla baş tutmasında dəyərli töhfələrinə görə Azərbaycan Tibb Universitetinə, İnönü Universiteti Qaraciyər Nəqli İnstitutuna, çıxışçılara və təşkilat komandasına, o cümlədən Mustafa Kərəm, Aygün İbrahimova və Recai Tosuna xüsusi təşəkkür ifadə olunub. Tədbir Trans-Xəzər HPB Cərrahiyyə Assosiasiyası tərəfindən təşkil edilib.

Paylaş

Dostlarınız ilə paylaşın.