
.jpeg)
Avropa və dünya onkologiyasının lokomotivlərindən sayılan Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin (ESGO) rəhbərliyi və təşkilatçılığı ilə bu il fevral ayının sonunda Danimarkanın Kopenhagen şəhərində ginekoloji orqanların bədxassəli şişlərinə həsr edilmiş 27-ci Avropa Ginekoloji Onkologiya Konqresi (ESGO's 27th European Gynaecological Oncology Congress, from February 26-28, 2026 in Copenhagen, Denmark) keçirilib.
Avropanın ən nüfuzlu onkoginekoloji cəmiyyəti sayılan ESGO-nun ildə bir dəfə təşkil etdiyi bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən 3500-dən çox iştirakçı bir araya gəlib. 100-dən çox ölkədən məruzəçilərin seçildiyi və dünyanın bütün ölkələrindən mindən çox tədqiqatçının qatıldığı bu konqresdə çıxış edəcək şəxslərə elmi məruzə üçün xüsusi dəvət məktubu göndərilir.
Qeyd edək ki, bu nüfuzlu dünya konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin əməkdaşı, uzman doktor Əkbər İbrahimov məruzəçi qismində təmsil edib.
