Bizi izləyin:
Heydər Əliyev
Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair elmi konfrans keçirilib

Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair elmi konfrans keçirilib

10–11 mart 2026-cı il tarixlərində Pasiyent Təşkilatları İttifaqı tərəfindən təşkil olunan “Pasiyentlərin təhlükəsiz və müasir müalicəsinə dair elmi konfrans” Yeni Klinika Tibb Mərkəzində keçirilib. Konfransda Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının əməkdaşları da iştirak ediblər.

Tədbir çərçivəsində “Nevroloji pasiyentlərin təhlükəsiz və etik müalicəsi: yeni çağırışlar və həll yolları” mövzusunda panel müzakirəsi təşkil olunub. Panel zamanı müasir tibbdə pasiyent təhlükəsizliyinin təmin olunması, etik prinsiplərə riayət edilməsi və tibbi məxfiliyin qorunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Müzakirələrdə epilepsiya, demensiya, nadir nevroloji xəstəliklər və uşaqlarda nevroloji reabilitasiya sahəsində tətbiq olunan müasir yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda pasiyent hüquqlarının qorunması, elmi tədqiqatların etik standartlara uyğun aparılması və müalicə prosesində pasiyent yönümlü yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb.

Paylaş

Dostlarınız ilə paylaşın.