Bizi izləyin:
Heydər Əliyev
ATU-nun dosenti beynəlxalq elmi jurnalda rəyçi fəaliyyətinə görə sertifikatla təltif olunub

ATU-nun dosenti beynəlxalq elmi jurnalda rəyçi fəaliyyətinə görə sertifikatla təltif olunub

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının dosenti, t.ü.f.d.Taryel Ömərov beynəlxalq elmi jurnalda rəyçi fəaliyyəti ilə bağlı sertifikatla təltif olunub.

Belə ki, nüfuzlu beynəlxalq nəşriyyat olan Springer Nature tərəfindən T.Ömərova 2025-ci il ərzində “Obesity Surgery” jurnalına təqdim olunan 4 elmi məqalənin ekspert qiymətləndirilməsində (peer-review) iştirakına görə Reviewer Certificate təqdim edilib.

Qeyd edək ki, elmi məqalələrin ekspert qiymətləndirilməsi sistemi – peer-review akademik nəşrlərdə mühüm mərhələ hesab olunur. Bu sistem elmi tədqiqatların keyfiyyətinin artırılmasına, nəticələrin etibarlılığının təmin edilməsinə, orijinallığın qiymətləndirilməsinə və plagiat hallarının qarşısının alınmasına xidmət edir.

Mütəxəssislərin fikrincə, rəy sistemi elmi jurnallar üçün bir növ “keyfiyyət süzgəci” rolunu oynayır və yalnız elmi baxımdan dəyərli tədqiqatların nəşrinə imkan yaradır. Bu proses jurnalların nüfuzunun artmasına və elmi araşdırmaların daha yüksək səviyyədə aparılmasına mühüm töhfə verir.

Paylaş

Dostlarınız ilə paylaşın.