Bizi izləyin:
Heydər Əliyev
ATU-nun dosenti Naxçıvan Dövlət Universitetində vebinarla çıxış edib

ATU-nun dosenti Naxçıvan Dövlət Universitetində vebinarla çıxış edib

Bu günlərdə Naxçıvan Dövlət Universitetində əczaçılıq istiqaməti üzrə təhsil alan tələbələr və professor-müəllim heyəti üçün “Dərman formalarının təsnifatı və texnoloji xüsusiyyətləri” mövzusunda elmi-praktik vebinar təşkil olunub.

Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti Əfsanə Məmmədova “Dərman formalarının təsnifatı və texnololji xüsusiyyətləri” mövzudunda məruzə ilə çıxış edib.

Məruzə zamanı dərman formalarının müasir təsnifatı, onların texnoloji hazırlanma xüsusiyyətləri, müxtəlif dərman formalarının üstün və məhdud cəhətləri, istehsal və tətbiq prosesində nəzərə alınmalı əsas amillər, həmçinin bu sahədə mövcud müasir yanaşmalar haqqında geniş məlumat verilib. Tədbirdə dərman formalarının yalnız nəzəri deyil, həm də praktik və texnoloji aspektləri üzrə təhlili aparılıb.

Xüsusilə bərk, maye, yumşaq və steril dərman formalarının hazırlanması zamanı istifadə olunan texnoloji prinsiplər, keyfiyyət göstəriciləri və onların farmasevtik effektivliyə təsiri iştirakçıların diqqətinə çatdırılıb.

Vebinar interaktiv müzakirə şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

Dostlarınız ilə paylaşın.