Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin doktorantı Erasmus+ proqramı çərçivəsində Türkiyədə akademik mobillikdə iştirak edib

Azərbaycan Tibb Universitetinin doktorantı Erasmus+ proqramı çərçivəsində Türkiyədə akademik mobillikdə iştirak edib

Azərbaycan Tibb Universiteti-nin doktorantı Səbinə Mehdizadə 23–27 mart tarixlərində Erasmus+ proqramı çərçivəsində Türkiyənin Afyonkarahisar Sağlık Bilimleri Üniversitesi (AFSÜ) universitetində akademik mobillikdə iştirak edib.

Doktorant AFSÜ-nün Tibb fakültəsinin İctimai səhiyyə kafedrasında epidemiologiya ixtisası üzrə təcrübə keçərək bu sahədə nəzəri biliklərini və praktiki bacarıqlarını daha da inkişaf etdirib. Proqram müddətində o, beynəlxalq akademik mühitlə yaxından tanış olub, müasir yanaşmalar və elmi tədqiqat istiqamətləri üzrə dəyərli təcrübə qazanıb.

Səbinə Mehdizadə mobillik çərçivəsində müxtəlif elmi müzakirələrdə və seminar sessiyalarında da iştirak edərək fərqli ölkələrdən olan tədqiqatçılarla fikir mübadiləsi aparıb. Bu təcrübə onun gələcək elmi fəaliyyətində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və yeni tədqiqat istiqamətlərinin formalaşmasına zəmin yaradıb. Eyni zamanda, əldə olunan bilik və təcrübələrin Azərbaycan Tibb Universitetində tətbiqi gözlənilir.

Qeyd edək ki, bu kimi beynəlxalq mübadilə proqramları tələbə və gənc tədqiqatçıların peşəkar inkişafına, həmçinin universitetlər arasında elmi və akademik əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.