

“Azərbaycan Tibb Universitetinin Jurnalı”nın 2026-ci il üzrə I buraxılışı işıq üzü görüb. Nəşrə daxil olan məqalələrlə www.atuj.az saytında tanış olmaq olar. Həmin məqalələr tibb, əczaçılıq, səhiyyə və stomatologiya sahəsində aparılan mühüm tədqiqatlara həsr olunub. Cari buraxılışda beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqatların nəticələrinə həsr olunmuş müştərək müəllifli məqalələr dərc olunub.
Qeyd edək ki, “Azərbaycan Tibb Universitetinin Jurnalı” Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxildir.
Eyni zamanda, məqalələrə Beynəlxalq İdentifikasiya Nömrəsi - DOI verilir.
