Bizi izləyin:
Heydər Əliyev
Əməkdaşımız beynəlxalq konqresdə uğurla iştirak edib

Əməkdaşımız beynəlxalq konqresdə uğurla iştirak edib

Almaniyanın Frankfurt şəhərində SEUD (Society of Endometriosis and Uterine Disorders) cəmiyyətinin XII beynəlxalq konqresi keçirilib.

Bu mühüm tədbirdə Azərbaycan Tibb Universitetini II Mamalıq və ginekologiya kafedrasının assistenti, t.ü.f.d. Nuranə Həmidova təmsil edib. Əməkdaşımız konqres çərçivəsində “Servikal patologiyaların erkən aşkarlanmasında HPV E6/E7 mRNA testi daxil olmaqla multimodal diaqnostika strategiyasının klinik effektivliyi” (“Clinical effectiveness of a multimodal diagnosis strategy including HPV E6/E7 mRNA testing in the early detection of cervical pathologies”) adlı məruzə ilə çıxış edib. N.Həmidova uğurlu çıxışına görə SEUD təşkilatı tərəfindən sertifikatla təltif olunub.

Qeyd edək ki, dünyanın bir sıra ölkəsindən tanınmış ginekoloqları bir araya gətirən SEUD konqresi çərçivəsində endometrioz, adenomiyoz, mioma, qadın sonsuzluqun müasir diaqnostik və müalicə üsulları geniş müzakirə olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.