Bizi izləyin:
Heydər Əliyev
Türkiyəli mütəxəssis ATU-da akademik təcrübə keçib

Türkiyəli mütəxəssis ATU-da akademik təcrübə keçib

Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin Fənn və Ədəbiyyat Fakültəsinin əməkdaşı Neriman Korkmaz akademik mobillik proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) səfərini uğurla başa vurub.

Türkiyəli mütəxəssis ATU-nun Xarici dillər kafedrasında akademik təcrübə keçib, müəllim və tələbələrlə bilik və təcrübə mübadiləsi aparıb. Proqram çərçivəsində müxtəlif dərslər keçirilib, qarşılıqlı müzakirələr və elmi görüşlər təşkil olunub.

Səfər zamanı təşkilati məsələlərin tənzimlənməsi və prosesin əlaqələndirilməsi Xarici dillər kafedrasının tədris işləri üzrə müdür müavini, dosent Aybəniz Qadaşova tərəfindən həyata keçirilib.

Akademik təcrübəni uğurla başa vuran Neriman Korkmaz kafedra müdiri, professor Zemfira Məmmədova tərəfindən sertifikatla təltif olunub. Həmçinin qonağa kafedranın kollektivi adından xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, akademik mobillik proqramları ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişlənməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Paylaş

Dostlarınız ilə paylaşın.